Çempionlar Liqasının (ÇL) final oyunu ABŞ-da keçirilə bilər.
Apasport.az saytının “Sun” nəşrinə istinadən məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin Avropa sərhədlərini aşmağı planlaşdırır.
Sloveniyalı futbol funksionerinin rəhbərlik etdiyi qurum 2024-cü ildən etibarən ÇL-də inqilaba hazırlanır. Maksimum sayda klubun iştirakının planlaşdırıldığı yeni formata əsasən, hədəflərdən biri də başqa qitədə final görüşü təşkil etməkdir. Bu səbəbdən Nyu-York 2025-ci ildəki finala ev sahibliyi etmək üçün mümkün namizəd sayılır.
Çeferin hələ 2016-cı ildə prezident təyin olunan vaxt final matçının ABŞ-da keçirilməsinə işarə etmişdi. O beş il öncəki açıqlamasında “Portuqaliyadan Azərbaycana getməklə Nyu-Yorka getmək, demək olar ki, eynidir. Azarkeşlər üçün problem yoxdur”, demişdi.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı formatınkı final matçları bu il İstanbulda, gələn il Sankt-Peterburqda, 2023-cü ildə Münhendə, 2024-cü ildə isə Londonda baş tutacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”