Futbol üzrə Tanzaniya müstəqillik kubokunda kuryoz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “Yanqa” və “İrinqa Yunayted” komandaları arasında qarşılaşma xoşagəlməz hadisə üzündən dayandırılıb.
İkinci hissənin gedişində saysız-hesabsız arı stadiona hücum çəkib. Onlar futbolçular, hakimlər və azarkeşlərin üstünə cumublar.
Özlərini qorumağa çalışan matç iştirakçıları yerə uzanaraq üzlərini gizlətməyə cəhd edib. Onlar imkan düşən kimi qaçıb meydandan uzaqlaşmağa çalışıblar. Ehtiyat oyunçular və bəzi azarkeşlər də eyni addımı atıblar.
Məcburi fasilədən bir müddət sonra oyun davam etdirilib. “Yanqa” 4:0 hesablı qələbə qazanıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı