Arzuladığı komanda bəlli oldu – Keynin
10.05.2021 - 15:38
İngiltərə millisi və “Tottenhem”in futbolçusu Harri Keynin oynamaq istədiyi komanda bəlli olub.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Barselona”da davam etdirməyi arzulayır.
27 yaşlı futbolçunun nümayəndələri artıq klub rəhbərliyi ilə danışıqlara da başlayıb. Lakin hələlik razılıq əldə olunmayıb. İspaniya nəhəngi hələlik Serxio Aquero, Memfis Depay və Lautaro Martinesin transferində maraqlıdır.
Qeyd edək ki, Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0