XXI əsrin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2001-20-ci illərdə ən çox qol vuran qolkiperlərin cədvəlini tərtib edib.
Siyahıya 10 və daha çox qol vuran 17 qapıçı düşüb. İlk “onluq”da ən azı 13 dəfə fərqlənənlər yer alıb. Cədvələ Rojerio Seni başçılıq edir. O, son 20 ildə 112 dəfə fərqlənib.
1. Rojerio Seni (Braziliya) - 112
2. Conni Veqas (Peru) – 37
3. Vinsent Enyeama (Nigeriya) – 24
4. Alvaro Misael Alfaro (Salvador) – 21
5. Sebastyan Saja (Argentina) – 20
6. Dimitar İvankov (Bolqarıstan) – 20
7. Fernando Patterson (Kosta-Rika) - 20
8. Kristian Luççetti (Argentina) – 19
9. Pan Van Santos (Vyetnam) – 15
10. Kennedi Mvene (Zambiya) – 13
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb