Daha bir futbolçusunu itirdi – “Bavariya”
12.02.2021 - 21:50
Daha bir futbolçusunu itirdi – “Bavariya”

Almaniyanın “Bavariya” klubu daha bir futbolçusunun xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Serj Qnabri sıradan çıxıb.

Klublararası Dünya Çempionatının finalında Meksika təmsilçisi “Tiqres”lə (1:0) qarşılaşmada zədələnən 26 yaşlı cinah oyunçusunun sol bud əzələsində yırtıq aşkarlanıb. Klubun həkimləri Almaniya millisinin üzvünün futbolçunun bir müddət kollektivə kömək edə bilməyəcəyini açıqlayıb. Qnabrinin yaşıl meydanlara dönəcəyi tarix son tibbi müayinə zamanı bilinəcək.

Qeyd edək ki, “Bavariya”nın digər yarımmüdafiəçisi Tomas Müller koronavirusa yoluxduğu üçün karantinə alınıb.
 

0