İbrahimoviç: “Məşqçi olsam, futbolçuları döyərəm”
04.03.2022 - 00:37
İbrahimoviç: “Məşqçi olsam, futbolçuları döyərəm”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, İsveç millisinin üzvü karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmaq istəmədiyini söyləyib.

41 yaşlı forvard bunu xarakteri ilə əlaqələndirib: “Məşqçi olmağım mümkün deyil. Oyun zamanı ən azı iki, matçdan sonra isə səkkiz oyunçuya yumruq atardım. Yəni məşqçi olsam, futbolçuları döyərəm”.

Qeyd edək ki, veteran hücumçu “Milan”la yeni 1 illik müqavilə imzalamağa hazırlaşır.
 

0