İki futbolçu həbs olundu - danışılmış oyunlara görə
24.04.2020 - 17:27
İki futbolçu həbs olundu - danışılmış oyunlara görə

"Betis" klubunun sabiq futbolçuları Antonio Amaya və Xavi Torres həbs olunublar.

Apasport.az saytının məlumatına görə, buna səbəb onların 2013-14 mövsümündə iki oyunun manipulyasiyasında iştirak etməsidir.

İspaniyalı sabiq oyunçuların günahı təsdiqləndiyindən, Navarra məhkəməsi onlara 12 aylıq həbs qərarı verib. Hökmdə bildirilib ki, "Osasuna"nın keçmiş rəsmiləri iki oyunda istədikləri nəticənin təmini üçün pul qarşılığında oyunçularla anlaşıb. Amaya və Torres eyni zamanda 2 il müddətinə futboldan uzaqlaşdırılıb və 900 min avro məbləğində cərimələniblər. "Osasuna"nın keçmiş direktoru Anxel Viskaya isə 8 il 8 aylıq həbs qərarı verilib.

33 yaşlı Xavi Torres bu mövsüm Küveytin "Əl-Arabi" klubunun heyətində 4 oyun keçirib. 36 yaşlı Antonio Amaya isə 2018-19 mövsümündən sonra karyerasını başa vurub.
 

0
Betis danışılmış oyunlar həbs olunub