“Laporta mənə min dəfə dedi ki, təcrübəsi az olduğu üçün Xavini məşqçi təyin etməyəcək. Lakin onun gizlənmək üçün qalxana ehtiyacı var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman komandadan ayrılmasına münasibət bildirərkən deyib.
Niderlandlı mütəxəssis bunu nəticələrlə yox, prezident Joan Laporta ilə əlaqələndirib: “Laportun bəyəndiyi məşqçi deyildim. Əvvəldən məndə bu hiss var idi. Yuxarıdan lazım olan dəstək almırdım. Mənim üçün pul əsas amil deyildi. Çox istəyirdim ki, “Barselona”da məşqçi kimi uğur qazanım. Amma sonra anladım ki, Laporta məndən qurtulmaq istəyir. Çünki onun tərəfindən təyin olunmamışdım”.
Qeyd edək ki, Ronald Kumanı ötən ilin oktyabrında istefaya göndərən “Barselona” baş məşqçi postuna Xavi Ernandesi gətirib.