Millimiz legionerini itirdi – Albaniyada oynamayacaq
10.10.2020 - 17:45
Millimiz legionerini itirdi – Albaniyada oynamayacaq

Azərbaycan milli komandası itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının III turunun Monteneqro ilə səfərdə keçirilən oyununda sarı vərəqə alan Bədavi Hüseynov cəzalı duruma düşüb.
 
Milliləşən rusiyalı legioner turnirdə 2-ci xəbərdarlığını alıb. Təcrübəli müdafiəçi Kiprlə IV turun matçını buraxacaq.
 
Qeyd edək ki, C liqasının 1-ci qrupunda keçiriləcək Azərbaycan – Kipr matçı oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində baş tutacaq.

0
Bədavi Hüseynov Azərbaycan yığması cəzalı