Millimiz üçün ağır proqnoz: “-4”
22.03.2022 - 12:50
Millimiz üçün ağır proqnoz: “-4”

Milli komandaların FİFA reytinqi ilə bağlı proqnozlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ekspertlər Azərbaycan yığmasının geriləyəcəyini ehtimal edir.

Martın 25-də Malta, 4 gün sonra Latviya ilə qarşılaşacaq Canni de Byazinin yetirmələri hazırda 1139 xalla dünyanın 121-ci komandasıdır. Komandamız bu iki görüşdən sonra reytinq xalını 1147-yə qədər artıra da bilər. Ən uğursuz halda isə bu rəqəm 1127-yə düşəcək.

Ekspertlər millimizin əmsalının 1137-yə bərabər olacağını proqnozlaşdırır. Bu iki xal itkisi anlamına gəlir.

Belə nəticə isə de Byazinin yetirmələrinə 4 pilləlik geriləmə vəd edir. Yığmamız 125-ci sıraya yuvarlanacağı gözlənilir. Nəticədə Zimbabve, Farer adaları, Qvatemala və Qambiya yığmaları millimizi geridə qoyacaq.
 

0