Prezident filmə baxdı, məşqçiləri istefaya göndərdi
04.01.2020 - 14:14
Qana Futbol Assosiasiyası qeyri-adi qərar verib.
Apasport.az saytının məlumatına görə, qurum ölkənin kişi və qadınlardan ibarət bütün yığmalarında çalışan məşqçilərin hamısını istefaya göndərib.
Üç ay əvvəl assosiasiyanın prezidenti seçilən Kurt Okraku araşdırma xarakterli sənədli filmdən sonra bu addımı atıb. Həmin filmdə futboldakı rüşvətxorluq və korrupsiya ilə bağlı ittihamlar yer alıb.
2017-ci ildə ikinci dəfə əsas millinin baş məşqçisi təyin olunan Kvesi Appia da postundan ayrılıb. O, bunadək 2012-14-cü illərdə də komandaya rəhbərlik etmişdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0