Dünya çempionatının daha iki iştirakçısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Afrika zonasından mundiala vəsiqə qazanan ilk komandalar bəlli olub.
Seçmə mərhələnin III – sonuncu raundunun cavab matçlarının ardından Qana və Seneqal DÇ-2022-də iştirak hüququna yiyələnib.
Nigeriya ilə ilk görüşdə evdə qolsuz bərabərə qalan Qana cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə edib. Məhz səfər qolu sayəsində qanalılar dünya çempionatına yüksəlib. Nigeriya isə 2006-cı ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.
Digər cütlükdə Seneqalla Misir üz-üzə gəlib. Birinci matçda 0:1 uduzan Seneqal cavab görüşündə eyni hesabla qalib gəlib. Bu üzdən qalib penaltilər seriyası ilə müəyyənləşib. Burada daha dəqiq oynayan Sadio Maneli Seneqal (3:1) mundiala yüksəlib. Məhəmməd Salahın liderlik etdiyi Misirin isə dünya çempionatı arzusu puç olub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.