“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Arsenal”ın transfer gündəminə düşüb.
Apasport.az saytının məlumatına görə, London klubu 24 yaşlı forvard üçün təklif hazırlayır.
“Topçular” İngiltərə millisinin üzvünü “Barselona”ya keçən Pyerr-Emerik Obameyanqın əvəzləyicisi kimi görür. Aleksandr Lyakazett mövsümün sonunda “Arsenal”dan ayrılarsa, Reşfordu almaq aktuallığı daha da kəskinləşəcək. Markus oyun praktikasının olmaması səbəbindən “qırmızı şeytanlar”ı tərk etməyin əleyhinə deyil. Futbolçuya PSJ və “Barselona” da iddia edir.
Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlərdə 26 oyunda 5 qol vurub, 2 assist edib.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək