Rusiya – Polşa oyunu iyunda keçirilə bilər
07.03.2022 - 15:46
Rusiya – Polşa oyunu iyunda keçirilə bilər

Rusiya yığmasının hələ də DÇ-2022-nin pley-off mərhələsində Polşaya qarşı oynamaq şansı var.

Apasport.az saytı xəbər verir ki, Polşa mətbuatının iddiasına görə, FIFA rusların pley-offda iştirakını davam etdirəcək bir həll yolu tapmağa çalışır.

Bunun üçün müxtəlif variantlar nəzərdən keçirilir. Onlardan biri Rusiya - Polşa görüşünün iyuna təxirə salınmasıdır. Polşa millisinin mətbuat katibi Yakub Kviyatkovski ali futbol qurumunun həmin oyunla bağlı yekun qərarını açıqlamadığını bildirib.

Qeyd edək ki, pley-offun yarımfinal mərhələsi çərçivəsində Rusiya – Polşa matçı martın 24-də keçirilməlidir. Lakin həm FIFA, həm də UEFA Rusiya komandalarını növbəti qərara qədər beynəlxalq turnirlərdən kənarlaşdırıb.

0