Son 6 mövsümün ən yüksək göstəricisi
07.03.2022 - 14:34
Son 6 mövsümün ən yüksək göstəricisi

“Qarabağ” ardıcıl 9-cu ev oyununda qələbə qazanıb.

Apasport.az saytı xəbər verir ki, cari mövsüm öz meydanında keçirdiyi 8 qarşılaşmanın hamısında qalib gələn Qurban Qurbanovun yetirmələri ötən çempionatın son ev matçında da üç xal qazanıb.

Ağdamlılar sonuncu dəfə 2021-ci il mayın 4-də “Zirə” ilə qarşılaşmada xal itkisi ilə üzləşib – 1:1. Evdə ardıcıl 9 qələbə qazanan “Qarabağ” son 6 mövsümün ən yüksək göstəricisinə imza atıb. Daha uzun seriyaya sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub.

Qeyd edək ki, “Qarabağ” XVIII turun “Qəbələ” ilə ev matçında 5:1 hesabı ilə qalib gəlib.

0