Testi 26 dəfə pozitiv çıxıb – “Barselona”nın futbolçusunun
03.02.2021 - 09:07
İspaniyanın “Barselona” klubunun müdafiəçisi Serxi Roberto əvvəlcə zədəli olduğu, daha sonra isə koronavirusa yoluxduğu üçün iki ay komandadan uzaq qalıb.
Apasport.az saytının məlumatına görə, artıq kollektivə qayıdan sağ cinah oyunçusu bu müddətdə düz 27 dəfə koronavirus testindən keçib. Bunun 26-da nəticə pozitiv çıxıb və yalnız 27-ci testdə Robertonun sağaldığı aşkarlanıb.
Qeyd edək ki, ötən il noyabrin 21-dən komandadan uzaq düşən Serxi Roberto yalnız yanvarın 31-də La Liqanın XXI turunda “Atletik”lə (2:1) matçın ikinci hissəsində yaşıl meydanlara dönüb.
0
0
Serxi Roberto
Barselona
koronavirus