Çempionlar Liqasında (ÇL) bu gün yarımfinal mərhələsinin son oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, “Real” 17-ci, “Çelsi” isə 3-cü dəfə finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
“Kral klubu” ÇL tarixində yarımfinalların ən təcrübəli komandasıdır. İspaniya təmsilçisi 30 dəfə bu mərhələdə mübarizə aparmaqla əlçatmaz rekorda malikdir. “Real”ı 20 yarımfinal mübarizəsi ilə “Bavariya” izləyir. İlk “üçlüy”ün digər sakini isə 16 dəfə 1/2 final görmüş “Barselona”dır.
Çempionlar Liqasının yarımfinalında ən çox iştirak edən komandalar:
1. “Real” - 30 (16 final, 13 çempionluq)
2. “Bavariya” – 20 (11 final, 6 çempionluq)
3. “Barselona” – 16 (8 final, 5 çempionluq)
4. “Milan” – 12 (11 final, 7 çempionluq)
5. “Yuventus” - 12 (9 final, 2 çempionluq)
6. “Mançester Yunayted” – 12 (5 final, 3 çempionluq)
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”