Yayım hüququna görə qazanclar – Premyer Liqada
28.05.2021 - 22:19
Yayım hüququna görə qazanclar – Premyer Liqada

İngiltərə Premyer Liqa klublarının 2020/21 mövsümündə yayım hüququndan qazancları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yayımçı şirkət elita təmsilçilərinə ödənişi artıq edib.

Diqqətçəkən məqam 20 klubun qazancı arasında elə böyük fərqin olmamasıdır. Məsələn, çempion “Mançester Siti” büdcəsinə 163 milyon funt-sterlinq əlavə edibsə, sonuncu yeri tutan “Şeffild Yunayted”də bu məbləğ 125 milyon olub.

1. “Mançester Siti” - 163 milyon funt-sterlinq
2. “Mançester Yunayted” - 161 milyon
3. “Liverpul” - 159 milyon
4. “Çelsi” - 157 milyon
5. “Lester” - 155 milyon
6. “Vest Hem” - 153 milyon
7. “Tottenhem” - 151 milyon
8. “Arsenal” - 149 milyon
9. “Lids” - 147 milyon
10. “Everton” - 145 milyon
11. “Aston Villa” - 143 milyon
12. “Nyukasl” - 141 milyon
13. “Vulverhempton” - 139 milyon
14. “Kristal Pelas” - 137 milyon
15. “Sauthempton” - 135 milyon
16. “Brayton” - 133 milyon
17. “Bernli” - 131 milyon
18. “Fulhem” - 129 milyon
19. “Vest Bromviç” - 127 milyon
20. “Şeffild Yunayted” - 125 milyon

0