Yenə məcburi əvəzetmə - milli və “Qarabağ” itirir
18.11.2020 - 00:31
Yenə məcburi əvəzetmə - milli və “Qarabağ” itirir

Millətlər Liqasının VI turunun Lüksemburqla oyunu Azərbaycan millisi üçün xoşagəlməz hadisə ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, yığmamızın təcrübəli müdafiəçisi Bədavi Hüseynov artıq ilk yarıda zədələnib.

Bu səbəbdən də mililəşən rusiyalı əvəzlənib. Onun yerinə Şəhriyar Əliyev meydana daxil olub.

Qeyd edək ki, V turun Monteneqro ilə görüşündə millinin və “Qarabağ”ın digər müdafiəçisi Abbas Hüseynov zədələndiyi üçün əvəzlənmişdi. Onların həm klub, həm yığmadakı komanda yoldaşları Maksim Medvedevlə Rahil Məmmədov isə koronavirusa yoluxduğu üçün heyətdən kənarda qalıb.