Yubiley - rekordçudan
22.10.2020 - 17:25
Yubiley - rekordçudan

Avropa Liqasının bu gün keçiriləcək “Makkabi” (Təl-Əviv, İsrail) ilə oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində 30-cu matçını keçirəcək.

Tarixində 6-cı dəfə bu turnirin əsas raundunda oynayacaq “Qarabağ” indiyədək 30 matça çıxıb. Ən çox oyun keçirən Qara bu qarşılaşmalarda mütləq rekordçudur. 

Avropa Liqasında komandasının yalnız bir görüşünü buraxan Qarayev komanda yoldaşlarını bu göstəricidə arxada qoyur. O, bu müddətdə hələ qol vurmayıb.

Qeyd edək ki, “Qarabağ” 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 mövsümlərində Avropa Liqasının qrupunda oynayıb.
 

0