ABŞ millisinin üzvü qərarını verdi - “Yuventus”da qalacaq
02.03.2026 - 23:22
“Yuventus”un üzvü Veston Makkeni gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Turin təmsilçisində davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ millisinin üzvü “qoca sinyora” ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. 27 yaşlı futbolçu illik 4 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, Makkeni 2020-ci ildən Turin təmsilçisində çıxış edir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0