Abubakar I Liqa yolunda
08.02.2025 - 15:58
"Hatayspor"un forvardı Vinsen Abubakar karyerasını Türkiyə I Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, hücumçu ilə bu mövsüm çempionluq yarışında yer alan "Kocaelispor" maraqlanır.
Kamerunlu futbolçu bu transferə müsbət yanaşır.
Xatırladaq ki, 33 yaşlı oyunçu karyerası ərzində "Porto", "Beşiktaş", "Əl-Nəsr" kimi komandaların şərəfini qoruyub.
Abubakar bu mövsüm "Hatayspor"un heyətində iştirak etdiyi 21 rəsmi matçda 7 qol, 2 assistlə yadda qalıb.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0