Acunun komandasından rekord transfer
05.08.2026 - 17:25
İngiltərə Premyer Liqasının yeni iştirakçısı “Hall Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub “Olimpiakos”un qapıçısı Konstantinos Tzolakisı transfer edib.
İngiltərə təmsilçisi 23 yaşlı yunanıstanlı qolkiper üçün 23 milyon avro ödəyib. Bu, “Hall Siti” tarixinin ən bahalı transferi olub.
Yunanıstan millisinin üzvü yeni klubu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalayıb.
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0