Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının XXIII turunda səfərdə "Qalatasaray"la qarşılaşan "Adana Dəmirspor" qarşılaşmanı yarıda tərk etmişdi.
Apasport.az xəbər verir ki, PFDK bu məsələ ilə bağlı qərarını açıqlayıb.
PFDK, "Qalatasaray"la oyunda meydanı tərk edən "Adana Demirspor"un 3:0 hesabı ilə məğlub sayıldığını və 3 xalının silindiyini açıqlayıb.
Digər tərəfdən, açıqlamaları səbəbilə mühakimə olunan Murat Sancaka 30 gün müddətinə idman fəaliyyətlərindən uzaqlaşdırılma və 500 min TL məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, "Adana Dəmirspor" matçın 33-cü dəqiqəsində təyin edilən penaltiyə etiraz səbəbilə, meydanı tərk etmişdi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI