"Adıma hesablar açıldığı üçün İstanbul Prokurorluğuna şikayət etdik".
Apasport.az xəbər verir ki, bunu adı mərc oyunları ilə hallanan türkiyəli hakim Zorbay Küçük mətbuata açıqlamasında deyib.
O, təkcə hakimlik fəaliyyəti dövründə deyil, karyerasından əvvəl də heç bir mərc saytının üzvü olmadığını bildirib:
"Adıma hesablar açıldığı üçün şikayət etdik. Biz bura faktları ortaya çıxarmaq üçün gəldik və lazımi addımları atdıq. Çox ətraflı izah etmək istərdim, amma peşəmə görə edə biləcəyim tək şey budur".
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 152 hakimi mərc oyunları oynadıqları üçün Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib.Bu hakimlərdən biri də Zorbay Küçük idi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI