“Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Ake komandanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirə bilər.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiə xəttini gücləndirmək məqsədilə “şəhərlilər”in futbolçusunu transfer siyahısına daxil edib.
Akenin özü də karyerasını “Kamp Nou”da davam etdirməyə müsbət yanaşır.
Lakin tərəflər arasında maliyyə və müqavilə şərtləri ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, “Mançester Siti” niderlandlı müdafiəçini tam transfer yolu ilə satmaq niyyətindədir. “Barselona” isə futbolçunu satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Ake bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda iştirak edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı