“Alanyaspor”da bir dövrün sonu - Efecan Karaca komandadan getdi
18.06.2026 - 15:54
Türkiyəli futbolçu Efecan Karaca “Alanyaspor”dan ayrılıb.
Apasport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, 13 illik “Alanyaspor” karyerasını başa vurduğunu bildirib:
“Bu, vida olsa da, futbola olan sevgim, həyəcanım və inamım ilk gündəki kimidir. Özümü hələ də meydanda, rəqabətin içində və yeni hədəflər axtarışında görürəm. Karyeramın yeni səhifəsinə yeni hədəflər və yeni həyəcanlarla addım atmağa hazıram. Əlvida, “Alanyaspor".
Qeyd edək ki, Efecan Karaca 2013-cü ildən “Alanyaspor”un formasını geyinirdi.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0