Aleks de Souzanı sabiq "Fənərbaxça"lı əvəzləyəcək
14.01.2025 - 14:10
Türkiyə Super Liqa komandalarından “Antalyaspor”un yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Alex de Souza ilə yollarını ayıran Türkiyə təmsilçisinin Emre Belözoğlu ilə razılaşdığı bildirilib.
Keçidin qısa müddət ərzində rəsmiləşməsi nəzərdə tutulub.
Təcrübəli mütəxəssis son olaraq Birinci Liqa təmsilçisi “Ankaragücü”nə rəhbərlik edib. Bundan əvvəl, o, "Başakşehir" və "Fənərbaxça" klublarında da baş məşqçi olub.
Qeyd edək ki, Emre futbolçu kimi “Fənərbaxça”da Alekslə komanda yoldaşı olub.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
1
0