Aleks Telles Braziliya klubuna keçdi
04.09.2024 - 12:35
Müdafiəçi Aleks Telles karyerasını Braziliya çempionatında davam etdirəcək.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni komandası “Botafoqo”dur. O, Braziliya klubuna azad agent kimi qoşulub.
Bundan əvvəl Telles Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini tamamlayıb.
31 yaşlı futbolçu Avropada “Qalatasaray”, “İnter”, “Portu”, “Mançester Yunayted” və “Sevilya” kimi klublardakı çıxışları ilə tanınır. Telles Braziliya millisində 12 oyunda iştirak edib.
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
0
0