Ali Koç La Liqa klubunun səhmlərini almaq istəyir
27.10.2025 - 13:49
"Fənərbaxça"nın sabiq prezidenti Ali Koç barəsində maraqlı iddia gündəmə gəlib.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ali Koç "Sevilya"nın səhmlərini almaq istəyir.
Xəbərdə Koçun hələlik ispan klubuna rəsmi təklif göndərmədiyi və təklifin ilkin qiymətləndirmə mərhələsində olduğu bildirilib.
İspaniya La Liqasında çıxış edən "Sevilya" keçmiş şöhrətinin həsrətindədir.
Komanda bu mövsüm 10 matçda 13 xal, 4 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə 11-ci yerdə qərarlaşıb.
0
0