Alleqri Serbiya millisini çalışdırmaq istəyir
28.06.2024 - 17:32
Alleqri Serbiya millisini çalışdırmaq istəyir

"Yuventus"un və "Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinə rəhbərlik edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

Alleqri bu ilin mayında "Yuventus"u tərk edib. Turinlilər onun rəhbərliyi altında bütün turnirlərdə 149 oyunda 80 dəfə qalib gəlib, 34 heç-heçə edib, 35 matçda isə məğlub olub.

Serbiya millisi iyunun 25-də Danimarka yığması ilə AÇ-2024-ün qrup mərhələsinin son oyununa çıxıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bununla da, serblər qitə çempionatının pley-offuna yüksələ bilməyiblər.

0