"Alman nəhəngi"ndən yeni transfer
14.11.2023 - 21:20
Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirəcək.
Apasport.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "alman nəhəngi" Avstraliyanın "Adelayd Yunayted" klubundan Nestori İrankundanın keçidini rəsmiləşdirəcək.
17 yaşlı hücumçu 2024-cü il iyulun 1-də "Bayern"ə qoşulacaq və onunla uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Nestori İrankunda Avstraliyanın U-17 millisinin də formasını geyinib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0