Almaniya millisinin sabiq futbolçusu vəfat edib
16.04.2024 - 13:52
Almaniya millisinin sabiq futbolçusu vəfat edib

“Ayntraxt” klubunun sabiq futbolçusu vəfat edib. 

Apasport.az "Bild"ə istinadla xəbər verir ki, Almaniya millisinin heyətində dünya çempionu olmuş Bernd Heltsenbayn 79 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, sabiq futbolçu Almaniya yığmasında 40 oyunda 5 qol vurub

Qeyd edək ki, Bernd 1974-cü ildə dünya çempionu, 1976-cı ildə keçirilən Avropa çempionatında isə gümüş mükafatçı olub.

0