Almaniyalı futbolçu Sebastian Hertner Monteneqroda xizək tətili zamanı faciəvi şəkildə həyatını itirib.
Apasport.az xəbər verir ki, 34 yaşlı Sebastian Hertner Monteneqronun şimalında yerləşən Savin Kuk xizək kurortunda mindiyi kanat yolunun kreslosunun qəfil qopması nəticəsində təxminən 70 metr yüksəklikdən yıxılaraq həlak olub.
Hadisə zamanı onunla birlikdə olan həyat yoldaşı isə yıxılmadan sağ çıxsa da, zədələnmiş kresloda ilişib qalıb. Qadın ciddi xəsarətlər alıb, ayağı sınıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Sebastian Hertner "Ştutqart", "Şalke", "Darmştadt", "1860 Münhen" kimi klublarda çıxış edib. 34 yaşlı müdafiəçi Almaniyanın U-19 millisində 5 oyun keçirib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi