Almaniya nəhəngi "Yuventus"un hücumçusunu istəyir
01.07.2024 - 13:35
Almaniya nəhəngi "Yuventus"un hücumçusunu istəyir

İtaliya Seriya A təmsilçilərindən "Yuventus"un hücumçusu Federiko Kyeza gələn il başa çatacaq müqaviləsini yeniləməyə tələsmir.

Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, italyan forvardın xidmətində iki klub maraqlıdır.

Söhbət digər Seriya A təmsilçisi "Napoli" və Bundesliqa nəhənglərindən "Bavariya"dan gedir.

Kyeza gedərsə, “Yuventus” ötən mövsümün ikinci yarısında Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sançonu “Mançester Yunayted”dən almağa çalışacaq.

İtaliyalı başa çatan mövsümdə 9 qol ilə yadda qalıb.

 

0