Almaniya Superkubokunun qalibi bəlli oldu - 12-ci dəfə
23.08.2026 - 00:38
Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə “Bavariya” üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, “Signal İduna Park”da keçirilən qarşılaşmada Münhen təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
“Bavariya”nın heyətində Nataniel Braun 28-ci dəqiqədə hesabı açıb. Maykl Olise ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə fərqi 2 topa çatdırıb.
“Borussiya”nın yeganə qoluna 75-ci dəqiqədə Fabio Silvanın imza atıb.
Qeyd edək ki, "Bavariya" tarixində 12-ci dəfə bu kuboka sahib çıxıb.
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
- Türkiyə Braziliyanı məğlub etdi - Dünya üçüncüsü oldu
- “Real Madrid” Valverde ilə yeni müqavilə imzalayacaq
- “Qalatasaray”la oyun öncəsi Emeridən "RAMS Park" açıqlaması: “Bəhanəmiz yoxdur”
0
0