"Almeriya"dan antirekord
13.02.2024 - 10:58
"Almeriya"dan antirekord

İspaniya çempionatının 24-cü turuna "Almeriya" - "Atletik" matçı ilə yekun vurulub.

Apasport.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatıb. 

Beləliklə, "Almeriya" İspaniya çempionatının antirekordunu təkrarlayıb. Komanda ötən mövsümü də nəzərə alsaq, ardıcıl 27-ci matçda qalib gələ bilməyib.

Qeyd edək ki, İspaniya çempionatının növbəti turunda "Almeriya" "Qranada" ilə mübarizə aparacaq.

0