İngiltərə Çempionşip komandalarından “Hall Siti” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, klub hazırda “Fənərbaxça”nın formasını geyinən Sofyan Amrabatın qardaşı Nordin Amrabatı heyətinə qatıb..
38 yaşlı mərakeşli futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Nordini isə qardaşı ilə bağlayan bir nüans diqqət çəkir. Bu faktor Acun Ilıcalıdan başqası deyil.
Belə ki, Acun Ilıcalı həm onun transfer olunduğu “Hall Siti”nin prezidenti, həm də qardaşı Sofyan Amrabatın şərəfini qoruduğu “Fənərbaxça”nın vitse prezidenti vəzifəsində çalışır.
Bundan sonra hər iki qardaşın eyni “dəyərlər” üçün top qovacağını desək, yanılmarıq.
Xatırladaq ki, sabiq “Qalatasaray”lı olan Nordin Amrabat karyerası ərzində PSV, “Uotford”, “Əl-Nəsr” kimi komandaların da şərəfini qoruyub. Oyunçunun son iş yeri Yunanıstanın AEK komandası olub.
Qeyd edək ki, “Hall Siti” yarımmüdafiəçinin transferi ilə birgə bu mövsüm sayca 4-cü transferini reallaşdırıb.