Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, müdafiə xəttinə yeni futbolçu cəlb etməyi hədəfləyən “sarı-lacivərdlilər” PSJ-nin şərəfini qoruyan Milan Şkriniar ilə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi müdafiəçini mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
“Fənər” futbolçunun illik maaşını ödəməyə hazırdır.
Xatırladaq ki, 29 yaşlı slovakiyalı “Qalatasaray”ın transfer hədəflərindən biridir.
Qeyd edək ki, Şkriniar bu mövsüm PSJ-nin heyətində 5 rəsmi matçda iştirak edib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi