Ançelotti Gülərə icarəyə getməyi məsləhət görüb
19.04.2024 - 17:38
Ançelotti Gülərə icarəyə getməyi məsləhət görüb

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərə icarəyə getməyi məsləhət görüb.

Apasport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə bir çox İspaniya klubları maraqlanır. Madrid rəhbərliyi hələ futbolçunun gələcəyi ilə bağlı qərar verməyib.

Gülər ​​2023-cü ilin yayında "Real Madrid"ə keçib. O, klubda 7 oyun keçirib, 1 qol vurub. "Transfermarkt" portalı futbolçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir. Yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.

0