İspaniya La Liqası təmsilçilərindən “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.
Karlo Ançelotti nəyə görə məhkəməyə verilib?
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis vergidən yayınma halına görə məhkəməyə verilib.
Onun 2014-15-ci illərdə “kral klubu”na rəhbərlik etdiyi dövrdə 1 milyon avroluq vergidən yayındığı iddia edilib. 65 yaşlı mütəxəssis indiyədək ona qarşı irəli sürülən ittihamları rədd edib və günahsız olduğunu bildirib.
Məhkəmə Ançelottidən nə tələb edir?
Qeyd edək ki, prokurorluq italyan məşqçiyə 4 il 9 ay həbs cəzası verilməsini, vergi idarəsi tərəfindən həbs yolu ilə vergi borcunun alınmasını və cərimələr daxil olmaqla ümumilikdə 3 milyon 186 min 237 avronun ödənilməsini tələb edib.
- “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə