Ançelotti "Real Madrid"dən ayrılmağı düşünür
31.03.2025 - 22:04
Ançelotti "Real Madrid"dən ayrılmağı düşünür

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti mövsüm başa çatdıqdan sonra klubu tərk etmək istəyir.

Apasport.az xəbər verir ki, o, müqaviləsi bitmədən komandadan ayrıla bilər.

İtalyan məşqçi "Real"dakı gələcəyindən əmin deyil. Bundan əlavə, Ançelotti "Bayer"in baş məşqçisi Xabi Alonso və "Real" arasındakı danışıqlardan xəbərdardır.

Digər səbəb isə Karlonun oğlu və köməkçisi Davide Ançelottinin cari mövsümün sonunda komandadan ayrılmaq istəməsidir.

Xatırladaq ki, Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizədlərdən biri hesab olunur.