Ansu Fati "Monako"da - RƏSMİ
01.07.2025 - 16:13
Fransa Liqa 1 təmsilçilərindən "Monako" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Barselona"nın futbolçusu Ansu Fatini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisi 22 yaşlı vingeri satınalma maddəsi ilə birgə bir illik icarəyə götürüb.
İspaniyalı futbolçu yeni komandasında 31 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Fati ötən mövsüm kataloniyalıların heyətində 11 rəsmi matçda iştirak etmişdi.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0