Arda Gülər debüt oyununu gözləyir
29.12.2023 - 20:48
Arda Gülər debüt oyununu gözləyir

İspaniya nəhəngi "Real"ın yarımmüdafiəçisi Arda Gülər üçün əla fürsət yaranıb.

Apasport.az xəbər verir ki, "Kral klub"una transfer olduğu gündən zədələrdən xilas ola bilməyən türkiyəli futbolçu ilk matçına çıxmaq üçün gün sayır.

Gələn ilin yanvarında məşqlərə başlanılması gözlənilən 18 yaşlı ulduzun yanvarın 3-də keçiriləcək "Malyorka" ilə oyunda meydana çıxacağı gözlənilir. La Liqa matçlarının mövsümün ikinci yarısında başlaması Madrid klubunun oyunçusu üçün fürsət kimi qiymətləndirilir.

Qeyd edək ki, Arda "Real"a Türkiyənin "Fənərbaxça" klubundan keçib.

0