Arda Gülər "Fənərbaxça" yolunda - İDDİA
09.10.2024 - 22:34
Arda Gülər "Fənərbaxça" yolunda  - İDDİA

"Fənərbaxça" qış transferi dövründə heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub Arda Güləri geri qaytara bilər.

Bu barədə İspaniya mətbuatında iddialar yayılıb. Joze Mourinyonun gənc futbolçunu heyətdə görmək istədiyi bildirilir.

Madrid klubunda çox forma şansı qazana bilməyən Gülərin keçidə müsbət yanaşdığı qeyd olunur.

Qeyd edək ki, Arda bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb.

0