Arda Güler üçün yeni təklif
18.12.2024 - 16:38
İspaniyanın “Real Madrid” klubunda çıxış edən Arda Gülerə yeni təklif gəlib.
Apasport.az xəbər verir ki, “Real”ın sabiq futbolçusu Nuri Şahinin baş məşqçisi olduğu “Borussiya Dortmund” türkiyəli gənc ulduzu qışda transfer etmək niyyətindədir.
İspaniya təmsilçisinin “Dortmund”la yaxın dostluq əlaqələri olsa da, bu transferə rədd cavabı veriblər.
Oyunçunun özü də mövsümü “kral klubunda” tamamlağa üstünlük verir.
Qeyd edək ki, Arda bu mövsüm madridlilərin heyətində 19 rəsmi matça çıxıb. Türkiyəli futbolçu bu görüşlərdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0