Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
10.06.2026 - 22:02
Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Donetsk təmsilçisi ukraynalı müdafiəçi Oleksandr Karavayevi transfer edib.
34 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb. Karavayev karyerası ərzində bir müddət “Fənərbaxça”nın da formasını geyinib.
Təcrübəli müdafiəçi son olaraq Kiyev “Dinamo”sunda çıxış edib.
Qeyd edək ki, “Şaxtyor” Arda Turanın rəhbərliyi altında geridə qalan mövsüm Ukrayna çempionu olub. Komanda həmçinin UEFA Konfrans Liqasında yarımfinal oynayıb.
0
0