Argentina millisinin üzvü ölkəsinə qayıdır
09.07.2025 - 10:33

Argentina millisinin və "Roma" klubunun futbolçusu Leandro Paredes karyerasını vətənində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi "Boka Xuniors"a transfer olmağa çox yaxındır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunub. Argentina klubu bu keçid üçün "Roma"ya 3,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Paredes 2023-cü ildən A Seriyası təmsilçisinin şərəfini qoruyur. O, bu komandada 135 rəsmi matçda 13 qol və 11 assistlə yadda qalıb.
0
0