Argentinalı müdafiəçi "Fənərbaxça" yolunda: Razılıq əldə olunub
13.04.2026 - 17:25
"İndependyente"nin müdafiəçisi Kevin Lomonako karyerası Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" argentinalı futbolçunu transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, Lomonako İstanbul təmsilçisinin təklifini qəbul edib. "Fənərbaxça" 24 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq üçün onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Kevin Lomonako 2025-ci ilin yayından "İndependyente"də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0