İspaniya La Liqa təmsilçilərindən "Real Madird" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "kral klubu" "River Pleyt"dən Franko Mastantuononu transfer edib.
Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Real" argentinalı vinger üçün onun klubuna 45 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı